Respublika çaylarındakı faktiki vəziyyət açıqlandı

Hazırda oxunan: Respublika çaylarındakı faktiki vəziyyət açıqlandı

16002

Martın 27-də Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay-Təngəaltı məntəqəsində suyun səviyyəsi 2 santimetr artıb. Kiçik Qafqazın ərazisindən axan Zəyəmçay-Ağbaşlar məntəqəsində suyun səviyyəsində 3, Kürəkçay-Çaykənd məntəqəsində 1 santimetr azalma qeydə alınıb.

Bununla yanaşı, Lənkəran-Astara bölgəsinin ərazisindən axan Təngərüdçay-Vaqo məntəqəsində suyun səviyyəsində 3, Lənkərançay-Sifidor və Viləşçay-Şıxlar məntəqələrində isə suyun səviyyəsində 2 santimetr azalma müşahidə olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, mart ayının 3-cü ongünlüyünün norması ilə müqayisədə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçayda sululuq normanın 95, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçayda normanın 95-241, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay və Viləşçayda isə normanın 28-32 faizini təşkil edir.

Martın 27-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 43 santimetr azalma qeydə alınıb.

Hazırda məntəqədə su sərfi saniyədə 348 kubmetrə bərabərdir ki, bu da ongünlük normadan çox olmaqla normanın 114 faizini təşkil edir.

Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsi dəyişməyib. Hazırda məntəqədə su sərfi 58 kubmetr/saniyəyə bərabərdir. Bu da ongünlük normadan az olmaqla normanın 52 faizini təşkil edir.

Kür çayının aşağı axınında suyun səviyyəsi azalıb. Belə ki, suyun səviyyəsi Kür çayının Şirvan məntəqəsində 6 santimetr azalaraq 109, Bankə məntəqəsində 2 santimetr azalaraq 115, Surra məntəqəsində 5 santimetr azalaraq 300, Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 5 santimetr azalaraq 45 santimetr olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin