91 yaşlı erməni qadın: “Doğma vətənim Ermənistan yox, Azərbaycandır” - VİDEO 

Hazırda oxunan: 91 yaşlı erməni qadın: “Doğma vətənim Ermənistan yox, Azərbaycandır” - VİDEO 

159868

"Mənim doğma vətənim Ermənistan yox, Azərbaycandır”. 

Bizim.Media xəbər verir ki, bunu 1932-ci ildə Gəncə şəhərində doğulmuş əslən erməni olan Yevgeniya Haykazovna Arutyunova deyib. 

O, Azərbaycan vətəndaşıdır. Deyir ki, atası erməni olub. 

“Amma mən Azərbaycan ermənisiyəm” deyən və özünü qısaca Jenya kimi tanıdan erməni əsilli qadın 40 ildən çox yaşadığı Ağstafa rayonunun Poylu qəsəbəsində müəllim işləyib. 

Qohumları, qardaş-bacısı və ailəsi ilə bağlı hər şeyi unutduğunu bildirsə də, dərs dediyi şagirdlərini adları ilə tanıyır. 

Ağstafada işlədiyi müddətdə burada ailə quran erməni qadın bu yaşına qədər həmişə azərbaycanlılardan hörmət gördüyünü bildirir. Övladı olmayıb. Həyat yoldaşı da dünyasını dəyişib. Yenə də qonşuları onu tək qoymur. 
Yevgeniya Arutyunova deyir ki, Azərbaycanda ermənilərə həmişə yüksək hörmət edildiyini görüb. 

"İllər əvvəl təkcə Gəncədə gördüklərim mənə bəs edir" deyir. O, Qarabağda erməniləri Azərbaycan bayrağı altında yaşamağa dəvət edir. 

91 yaşlı qadının indi ən böyük aruzusu doğulub boya-başa çatdığı Gəncə şəhərini ziyarət etmək, oradan da Qarabağa getməkdir. 

Mövzu ilə bağlı daha ətraflı videomaterialda: 
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin