Azərbaycan gələn il Qarabağ və Şərqi Zəngəzura 4 miyard manata yaxın PUL QOYACAQ 

Hazırda oxunan: Azərbaycan gələn il Qarabağ və Şərqi Zəngəzura 4 miyard manata yaxın PUL QOYACAQ 

159788

2024-cü ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 3 milyard 825 milyon manatını və yaxud 10,4 %-ni işğaldan azad olunuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı xərclərin payına düşəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən bildirilib. 

Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 20,3 % azdır.

Qarabağ və Şərqi Zəngəzura xərcləmələr iqtisadi fəaliyyət xərclərinin 49,1 %-ni təşkil edəcək.
Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 34 milyard 173 milyon manat, büdcə xərclərinin isə 36 milyard 763 milyon manat olacağı gözlənilir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin