Şirkət direktoru 20 min manat CƏRİMƏLƏNDİ 

Hazırda oxunan: Şirkət direktoru 20 min manat CƏRİMƏLƏNDİ 

159699

İşçinin əmək hüquqlarının pozulmasına görə daha bir hüquqi şəxs məsuliyyətə cəlb edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Mingəçevir Şəhər Prokurorluğu məlumat yayıb. 

Əmək hüququnun pozulması barədə daxil olmuş vətəndaş müraciəti əsasında Mingəçevir Şəhər Prokurorluğunda araşdırma aparılıb. 

Araşdırma zamanı “TMS GROUP” MMC-nin direktoru Rəşad Namazovun əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən Elvin Hətəmovu işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsi müəyyən edilib. 

Fakt üzrə Mingəçevir şəhər prokurorluğunda MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün məhkəməyə göndərilib. 
Mingəçevir şəhər məhkəməsinin qərarı ilə hüquqi şəxs 20.000 manat məbləğində inzibati cərimə edilib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin