Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi piyadalara müraciət etdi

Hazırda oxunan: Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi piyadalara müraciət etdi

159570

Bir neçə metr yaxınlıqda piyada keçidi olmasına baxmayaraq yolun müəyyən olunmayan hissəsindən keçən piyadanı minik avtomobili vurub.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM)yayıb.

Mənbə qeyd edir ki, yol-nəqliyyat hadisəsi bu gün axşam saatlarında paytaxtın Xətai rayonu, Yusif Səfərov küçəsində baş verib.

"Müşahidə kameralarının qeydə aldığı görüntülərə əsasən deyə bilərik ki, xüsusilə də Yusif Səfərov küçəsində yeraltı və nizamlanan piyada keçidləri olmasına baxmayaraq bəzi piyadalar yolun hərəkət hissəsindən istifadə etməklə yolu keçirlər. Belə olduqda da təəssüflər olsun ki, piyadaların vurulması ilə nəticələnən qəzaların baş verməsi qaçılmaz olur", - deyə qurumdan bildirilib.
NİİM bir daha piyadaları piyada keçidlərindən istifadə etməyə çağırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin