“Ölkəmizdə yoxsulluq səviyyəsi 5,5 faizə düşüb” – SPİKER  

Hazırda oxunan: “Ölkəmizdə yoxsulluq səviyyəsi 5,5 faizə düşüb” – SPİKER  

159501

“İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatı mühüm inkişaf yolu keçib”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin spikeri Sahibə Qafarova parlamentin xüsusi iclasında çıxışı zamanı səsləndirib. 

“Son 20 ildə Azərbaycanın ümumdaxili məhsulunun həcmi 3,6 dəfə artıb. Milli Məclisdə biz hər il dövlət büdcəsini müzakirə və təsdiq edirik. 20 ildə dövlət büdcə gəlirləri 25 dəfədən çox, xərcləri isə 26 dəfə artıb.  

Bundan əlavə, İlham Əliyevin Prezident olduğu dövrdə ölkəmizdə yoxsulluq səviyyəsi 5,5 faizə düşüb. Əhalinin sosial həssas qruplarına dövlət tərəfindən müntəzəm diqqət göstərilir.  
Qeyd edək ki, ölkə iqtisadiyyatının inkişafında karbohidrogen ehtiyatları mühüm rol oynayır. Ancaq iqtisadiyyat uzun müddət yalnız bir mənbənin hesabına inkişaf edə bilməz. Ona görə də Dövlət başçısı tərəfindən qeyri-neft sektorunun inkişafı üçün lazımi tədbirlər görülüb”, - deyə spiker əlavə edib. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin