Heç kimin götürmək istəmədiyi ZƏDƏLƏNMİŞ PULLAR – Onlarla NƏ ETMƏLİYİK?

Hazırda oxunan: Heç kimin götürmək istəmədiyi ZƏDƏLƏNMİŞ PULLAR – Onlarla NƏ ETMƏLİYİK?

159411

Uzun müddət istifadə olunduğu üçün köhnəlmiş və zədələnmiş əskinaslar tez-tez problemə səbəb olur. Xüsusən də alış-veriş zamanı onların qəbul edilməməsi problemi ilə qarşılaşırıq.
Hər birimizin əlinə zədələnmiş, cırılmış, üzəri yazılmış, pul əskinasları gəlir.

Bu pul daha çox mağazalarda, bazarda və müxtəlif alış-veriş mərkəzlərində verilir. Qəribədir ki, zədələnmiş, əzilmiş və cırılmış əskinasları verən ticarət sahiblərinin özləri bu pulu götürmürlər.

Bəzən sıradan çıxmış bu əskinasları nə bank, nə də terminallar götürür. Beləliklə zədələnmiş əskinaslar lazımsız kağız parçası kimi əllərdə qalır.

Bəs, zədələnmiş, köhnəlmiş pulları vətəndaşlar nə etməlidir? Azad İstehlakçılar İctimai Birliyinin rəhbəri Eyyub Hüseynov Bizim.Media-ya açıqlamasında sözügedən vəziyyətin anormal hal olduğunu bildirib:

“Bu, birbaşa istehlakçı hüquqlarının pozulmasıdır. Terminalların da bu pulu qəbul etməməsi normaldır. Çünki aparat onu qəbul edə bilmir.

Mağazalar da qanunvericiliyə görə götürməməkdə haqlıdır. Bütün istehlakçıların bunu həll etməsi üçün müraciət edəcəyi bir yer var.

İstehlakçı zədələnmiş pulu yenisi ilə dəyişməsi üçün Mərkəzi Banka getməlidir. Orada isə müəyyən günlər və saatlar var ki, növbəyə dayanmalısan”.

Eyyub Hüseynovun fikrincə, hökumət köhnəlmiş, zədələnmiş və cırılmış pulların vətəndaşların əlində qalmaması üçün optimal variant tapmalı, bu problemin həllini əlçatan etməlidir:

“Bu istehlakçıya diqqətsizlikdir. Gərək hökumət məsələni həll etsin və bu cür əskinasların bütün banklarda dəyişdirilməsi mümkün olsun”.

Alçina Amilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin