XƏBƏRDARLIQ: Tanınmış şirkətin adından saxta səhifə yaradıldı - FOTO

Hazırda oxunan: XƏBƏRDARLIQ: Tanınmış şirkətin adından saxta səhifə yaradıldı - FOTO

159394

Kiberdələduzlar tərəfindən “Facebook” sosial şəbəkəsində “Badamlı” şirkəti adından saxta səhifə yaradılaraq “kampaniya” həyata keçirilir. Vətəndaşlara hədiyyə qazanmaq vədi verilərək, qeyd olunan şərtlərə əməl etmələri və saxta keçid vasitəsilə qeydiyyatdan keçmələri tələb olunur.

Bizim.Media xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara rəsmi olmayan səhifələrə etimad etməməyi və hər hansı şirkətin həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda ilk növbədə, həmin şirkətlə əlaqə saxlamağı və yaxud şirkətin rəsmi veb saytına daxil olaraq məlumatı dəqiqləşdirməyi, həmçinin şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi tövsiyə edir.


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin