Naxçıvanın ədliyyə naziri vəzifəsindən çıxarıldı - YENİ TƏYİNAT

Hazırda oxunan: Naxçıvanın ədliyyə naziri vəzifəsindən çıxarıldı - YENİ TƏYİNAT

159391

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini Anar İbrahimov oktyabrın 11-də Daşqın Rəhimovun Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.

Bizim.Media xəbər verir ki, sərəncamda deyilir:

“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 30-cu maddəsini və 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

Daşqın Hidayət oğlu Rəhimov Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri vəzifəsindən azad edilsin”.

Anar İbrahimovun digər sərəncamı ilə Hüseyn Akif oğlu Səfərov Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini təyin edilib.

Sərəncamla Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası da ədliyyə nazirinin müavini Hüseyn Akif oğlu Səfərova həvalə edilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin