Bakının Babək prospekti istiqamətində davamlı olaraq qayda pozuntuları edən sürücüyə 15 sutka inzibati həbs cəzası verilib.
Bizim.Media xəbər verir ki, “saxla” əmri verilməsinə baxmayaraq ətrafdakı insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan yol hərəkəti qaydalarını və ictimaiyyət əleyhinə olan qaydaları açıq şəkildə pozan sürücü saxlanıldıqdan sonra da polis əməkdaşlarına qarşı tabesizlik göstərib.
MÖVZU İLƏ BAĞLI:
Bakıda təhlükə yaradan sürücü belə SAXLANILDI – VİDEO
Şəxs ərazi aidiyyəti üzrə 23-cü Polis Bölməsinə təhvil verilib. Barəsində toplanmış material isə hüquqi qiymət verilməsi üçün məhkəməyə təqdim edilib. Məhkəmə onun 15 sutka müddətinə inzibati həbs edilməsi barədə qərar qəbul edib.
Bizim.Media