Paytaxtda qalmaqallı “dayanacaq” YIĞIŞDIRILDI  

Hazırda oxunan: Paytaxtda qalmaqallı “dayanacaq” YIĞIŞDIRILDI  

159287

Bakının Səbail rayonu, Əziz Əliyev və İstiqlaliyyət küçələrinin kəsişməsində yerləşən "avtomobil dayanacağı" yığışdırılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov sosial şəbəkə hesabında məlumat verib. 

O qeyd edib ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən aparılan araşdırmalar zamanı müəyyən edilib ki, vaxtilə burada mövcud olan maneələr götürülüb, qanunsuz parkinq yerləri yaradılıb: 

“Nizami adına Ədəbiyyat Muzeyinin və Konstitusiya Məhkəməsinin binaları arasındakı ərazi artıq təmizlənib, piyadaların təhlükəsiz hərəkəti üçün şərait yaradılıb”. 
Qeyd edək ki, həmin ərazi Bakı şəhərində piyada zonalarının əhatə dairəsinin genişləndirilməsi məqsədilə hazırlanan layihənin tərkib hissəsidir.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin