Baş Prokurordan müharibə cinayətkarları ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: Baş Prokurordan müharibə cinayətkarları ilə bağlı AÇIQLAMA

159170

Birinci Qarabağ müharibəsi və Vətən müharibəsi dövründə erməni terroru ilə bağlı Hərbi Prokurorluq, Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən çoxsaylı cinayət işləri açılıb və davam etdirilir.

Bizim.Media xəbər verir ki, bu fikirləri Gəncədə ermənilərin raket hücumu nəticəsində dağılan əraziləri ziyarət edərkən Baş prokuror Kamran Əliyev jurnalistlərə deyib.
 

O bildirib ki, müharibə cinayətkarlarının axtarışları davam edir.

“Gəncəyə raket zərbələrinin edilməsi, dinc əhalinin xüsusilə də uşaqlar, qadınlar və yaşlıların öldürülməsindən 3 il ötür.

Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində biz bu cinayəti törədənlərin bir qismini məsuliyyətə cəlb etmişik, istintaq davam edir,”- deyə K.Əliyev bildirib.

Daha sonra Kamran Əliyev “Qələbə” parkında ermənilərin raket hücumu nəticəsində dağılan əraziləri ziyarət edib, həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılmış evlərin ətrafına gül dəstəsi düzüb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin