Azərbaycanda təbiətə 40 min manatdan çox ziyan vurulub - Cinayət işləri başlandı

Hazırda oxunan: Azərbaycanda təbiətə 40 min manatdan çox ziyan vurulub - Cinayət işləri başlandı

159161

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Respublikanın müxtəlif regionlarında qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Baş Prokurorluğun Mətbuat xidməti yayıb.

Araşdırmalar zamanı Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsi, Beyləqan rayonunun Sitilçilik qəsəbəsi, Lənkəran rayonunun Günəhir, İsmayıllı rayonunun Quşencə və Diyallı kəndləri ərazisində meşə fonduna daxil olmayan, ümumilikdə 130 ədəd müxtəlifcinsli ağac və kolun qanunsuz kəsilməsi nəticəsində təbiətə 40 min manatdan çox ziyan vurulması müəyyən edilib.
Aşkar edilmiş faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1 və  259.2.4-cü (xeyli və külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin