ADNSU və UNEC tələbələri gənclərin müasir problemlərini müzakirə ediblər

Hazırda oxunan: ADNSU və UNEC tələbələri gənclərin müasir problemlərini müzakirə ediblər

159080


Noyabrın 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Azərbaycan gənclərinin müasir problemləri (dil, etika, estetika)”x9d mövzusunda dəyirmi masa keçirilib.

Dəyirmi masada ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev, Azərbaycan dili kafedrasının müdiri, dosent Ədalət Abbasov, ADNSU və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) müəllim-tələbə heyəti iştirak edib.

Tədbiri giriş sözü ilə açan dosent Ata Babayev dəyirmi masanın tələbələr üçün əhəmiyyətini qeyd edib, bu mövzuların müzakirəsinin gənclərin şəxsi keyfiyyətlərinin inkişaf etdirilməsinə töhvə verdiyini vurğulayıb.

Dil quruculuğunda son 25 ildə həyata keçirilən islahatlardan danışan “Azərbaycan dili”x9d kafedrasının müdiri Ədalət Abbasov Azərbaycan dilinin dünyanın ən zəngin dillərindən biri olduğunu qeyd edib.

Azərbaycan gənclərinin müasir problemləri haqqında çıxış edən UNEC-in Əmtəəşünaslıq fakültəsinin “İstehlak mallarının ekspertizası”x9d kafedrasının müəllimi, t.ü.f.d. Yeganə Cəfərova universitetlərdə Estetika dərslərinin keçirilməsinin vacib olduğunu bildirib.

Sonra ADNSU və UNEC tələbələri “Azərbaycan gənclərinin müasir problemləri (dil, etika, estetika)”x9d mövzusunda çıxışlar edib, müzakirələr aparıblar.

Sonda diskusiyada fəal iştirak edən tələbələrə sertifikatlar təqdim olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin