Qayınatasını qəsdən öldürən şəxs MƏHKƏMƏ QARŞISINDA

Hazırda oxunan: Qayınatasını qəsdən öldürən şəxs MƏHKƏMƏ QARŞISINDA

159004

Cari il iyunun 10-da Biləsuvar rayon sakini 1969-cu il təvəllüdlü Azad Almasovun öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda başlanmış  cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Biləsuvar rayon prokurorluğu yayıb.

İstintaqla 1991-ci il təvəllüdlü Elşən Şəbiyevin iyunun 8-də Biləsuvar rayonu ərazisində aralarında yaranmış mübahisə zamanı qayınatası Azad Almasova bıçaqla xəsarətlər yetirməsi və sonuncunun həmin xəsarətlərdən 2 gün sonra müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib. 
Elşən Şəbiyevə Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 (xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla qəsdən adam öldürmə) və digər maddələri ilə yekun ittiham elan edilərək barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin