Ali təhsil müəssisələrində tətil müddəti kompensasiya ediləcək

Hazırda oxunan: Ali təhsil müəssisələrində tətil müddəti kompensasiya ediləcək

1590

“ Distant təhsil coğrafiyası dəfələrlə çoxalıb, tam istədiyimiz yerdə olmasaq da irəliyə doğru addım atırıq.”

Bizim.Media-nın məlumatına görə, bunu xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər üzrə keçirilən brifinqdə Təhsil naziri Emin Əmrullayev bildirib.

Nazir ödəniş haqları ilə bağlı suala da aydınlıq gətirib. O bildirib ki,  özəl təhsil müəssisələri, məktəb və liseylər təhsil haqqının ödənişi ilə bağlı özü qərar verir.

Tətil müddətinə gəldikdə isə  nazir ali təhsil müəssisələrində bunun kompensasiya ediləcəyini söyləyib.

“Ali təhsil müəssisələrində tətil müddəti kompensasiya ediləcək. Prosesin ortasında bunu qiymətləndirmək çətindir. Növbəti həftələrdə yəqin yoluxma daha çox arta bilər. Bu proses bitdikdən sonra, hətta bu ilin sonuna qədər də çəkə bilər”.

Emin Əmrullayev repetitorluq fəaliyyətinə də toxunub:

“Repetitorluq təhsil müəssisələri sayılmır, tənzimlənməsi də problemdir. Bu sahədə hər hansı qadağa nəzərdə tutulmur”.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin