Həftəsonu cinayət törədən 60 nəfər SAXLANILDI 

Hazırda oxunan: Həftəsonu cinayət törədən 60 nəfər SAXLANILDI 

158967

Oktyabrın 7-8-də ölkə ərazisində qeydə alınan 80, əvvəlki dövrlərdən bağlı qalan 22 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub. 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 38, o cümlədən borclu şəxs qismində axtarışda olan 26 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib. 

Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin