Neft Daşlarında dalğanın hündürlüyü 2 metrə çatdı

Hazırda oxunan: Neft Daşlarında dalğanın hündürlüyü 2 metrə çatdı

158888

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 8-i saat 14:00-a olan məlumatına əsasən cənub-qərb küləyinin maksimal sürəti arabir Qobustanda 18 m/s, Bakıda və Abşeron yarımadasında isə 17 m/s olub.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2 metrə çatıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 24-28 dərəcə isti, Naxçıvan MR-da 23 dərəcəyədək, Aran rayonlarında 25 dərəcəyədək, dağlıq rayonlarda 20 dərəcəyədək isti qeydə alınıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin