Oktyabrın 7-də respublikada fəaliyyət göstərən hakimləri, habelə hakim vəzifəsindən təqaüdə çıxmış şəxsləri birləşdirən Azərbaycan Respublikası Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının, Ümumi Məhkəmə Hakimləri və İxtisaslaşdırılmış Məhkəmə Hakimləri İctimai birliklərinin ümumi yığıncaqları keçirilib.
Ali Məhkəmədən Bizim.Media-ya bildirilib ki, tədbirdən əvvəl Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsi dərin ehtiramla yad edilib, məzarı önünə gül dəstələri qoyulub. Sonra hakimlər Şəhidlər xiyabanını ziyarət edərək, Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinə dərin ehtiramlarını bildirib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra konfrans öz işinə başlayıb.
Konfrans iştirakçıları Azərbaycanın ərazi bütövlüyünün bərpa etməklə, xalqımıza böyük Qələbə sevincini yaşadan Ali Baş Komandan İlham Əliyevə, qəhrəman əsgər və zabitlərə sonsuz minnətdarlıqlarını bildiriblər.
Azərbaycan Respublikası Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının sədri R.Rzayev açılış nitqində son illər həyata keçirilmiş mütərəqqi məhkəmə-hüquq islahatları haqqında məlumat verərək, hakimlərin ictimai birliklərinin bu işlərə daim dəstək verdiklərini bildirib.
Hakimlər Assosiasiyalarının qanun aliliyinin təmin olunması və ədalət mühakiməsinin həyata keçirilməsi, hakimlərin və məhkəmə hakimiyyətinin müstəqilliyinin möhkəmlənməsi və nüfuzunun qorunması, məhkəmə-hüquq islahatlarının dərinləşməsi və hakimlərin sosial problemlərinə dəstəyin göstərilməsi istiqamətində həyata keçirdiyi fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə mövcud 3 təşkilat əsasında respublikada fəaliyyət göstərən bütün hakimləri və hakimlik vəzifəsindən təqaüdə çıxmış şəxsləri birləşdirən bir ictimai birliyin təsis edilməsinin zəruriliyini vurğulayıb.
Daha sonra ümumi yığıncaq işinə davam edərək, mövcud ictimai birliklərin yenidən təşkili qaydasında Azərbaycan Respublikasının Hakimlər İttifaqının təsis edilməsi barədə qərar qəbul olunub, yeni qurumun nizamnaməsi qəbul edilərək, idarəetmə orqanları formalaşdırılıb.
Nizamnamə ilə nəzərdə tutulan qaydada açıq səsvermə yolu ilə keçirilmiş seçkilər əsasında Ramiz Rzayev sədr, Sənan Hacıyev və Ələddin Cəfərov sədr müavinləri, Tahir Kazımov, Abiddin Hüseynov, Səadət Bektaşi, Vəli Abdullayev, Nuru Quliyev, Hökümə Babayeva, Ramin Qaraqurbanlı və Əsəd Mirzəliyev İdarə heyətinin, Günay Axundova, Fərid İsmayılzadə və Səlim Allahverdiyev Nəzarət Təftiş Komissiyasının üzvləri seçilib.
Eyni zamanda, İttifaqın tərkibində daimi əsaslarla fəaliyyət göstərəcək Beynəlxalq əlaqələr, Məhkəmə-hüquq islahatları, Tədris və etika məsələləri, Hakimlərin hüquq və qanuni maraqlarının müdafiəsi və Kommunikasiya məsələləri komissiyaları təsis edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:46 / 07.10.2023
Ramiz Rzayev yüksək vəzifəyə təyin olundu - FOTO
Hazırda oxunan: Ramiz Rzayev yüksək vəzifəyə təyin olundu - FOTO
Hazırda oxunan: Ramiz Rzayev yüksək vəzifəyə təyin olundu - FOTO
158771
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.