Xocalının daha bir kəndində kultivasiya üsulu ilə yetişdirilən çətənə plantasiyası aşkarlanıb.
Bizim.Media xəbər verir ki, Xocalının Təzə Binə kəndindən sonra Ballıca kəndinin ərazisində də çətənə plantasiyası aşkarlanıb.
Erməni separatçıları 5 hektarlıq ərazidə narkotik yetişdirilməsi ilə məşğul olublar.
Qeyd edək ki, bundan öncə Xocalı hava limanının yaxınlığında 100 hektarlıq ərazidə, həmçinin Xocalının Təzə Binə və Ağdamın Sırxavənd kəndlərində hər birində 10 hektara yaxın ərazidə kultivasiya üsulu ilə yetişdirilən çətənə kolu plantasiyaları aşkarlanıb.
Bizim.Media