İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələri ilə bağlı Əsasnamə təsdiqlənib

Hazırda oxunan: İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələri ilə bağlı Əsasnamə təsdiqlənib

158656

Oktyabrın 6-da Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında” Əsasnamə təsdiq edilib. 

Bizim.Media xəbər verir ki, Əsasnamədə ümumi müddəalar, normativ hüquqi akt layihəsinin hazırlanması, razılaşdırılması, təqdim olunması və qəbul edilməsi, normativ hüquqi aktların dərc edilməsi və keçid müddəa bəndləri yer alıb. 

Əsasnamə “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun (bundan sonra – Konstitusiya Qanunu) 27.1-ci maddəsinə uyğun olaraq hazırlanıb və Azərbaycan Respublikasının Nazirlər Kabineti, mərkəzi icra hakimiyyəti orqanları, habelə digər dövlət orqanları, eləcə də nizamnamələrinə əsasən normativ hüquqi akt layihələrinin hazırlanmasında iştirak etmək səlahiyyəti olan Azərbaycan Respublikasının Prezidenti və ya Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən yaradılan publik hüquqi şəxslər, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər (bundan sonra – dövlət orqanları (qurumları) tərəfindən Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, mərkəzi icra hakimiyyəti orqanlarının (bundan sonra – icra hakimiyyəti orqanları) normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, təqdim edilməsi, qəbul edilməsi və dərc edilməsi ilə bağlı məsələləri tənzimləyir. 

Fərmana əsasən 2025-ci il yanvarın 1-dək normativ hüquqi akt layihəsinin hazırlanması, razılaşdırılması və normayaratma orqanına təqdim edilməsi “Normativ hüquqi aktlar” informasiya sistemi vasitəsilə yanaşı, kağız daşıyıcıda və eyni zamanda elektron daşıyıcılarda mətn faylları formasında həyata keçirilir. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin