Ermənilər Kəlbəcərdə yeni yol çəkirlər

Hazırda oxunan: Ermənilər Kəlbəcərdə yeni yol çəkirlər

158615
Ermənistandan Azərbaycanın işğal olunmuş torpaqlarına çəkilən yeni yolların görüntüləri yayılıb.
xa0
Yayılan video Kəlbəcərə çəkilən yolun uzunluğunun xəritədə göstərilməsi ilə başlayır.

Yolun "Hayastan”x9d bütün Ermənistan Fondu tərəfindən çəkildiyi bildirilir. Videoda görünür ki, Kəlbəcərə yolu qısaltmaq üçün dağların bəzi hissələri partladılır.
Ərazidə xeyli sayda traktor, yük maşınları, asfalt çəkmək üçün texnikalar işləyir.

Videonun sonunda Azərbaycanın işğal olunmuş torpaqlarında, xüsusilə Kəlbəcərdə mövcud olan yolların havadan görüntüsü yer alıb. Amma çətin ki, işğalçı rejim bu yollardan uzun müddət istifadə edə bilsin. Tezliklə erməni separatçıları da özgə torpaqlarında oturduqları dərk edərək bu torpaqları boşaldacaqlar. Artıq bu gün yayılan xəbərlərdə Azərbaycan Ordusunun keçirdiyi irimiqyaslı təlimlər xəbərindən qorxuya düşən bəzi erməni ailələrinin təmas xəttindəki yaşayış məntəqələrini tərk etməyə başladlqları bildirilirdi. Azərbaycan Ordusu azadetmə əməliyyatına start verdikdən sonra isə bu yollarda bir nəfər də olsun separatçlı erməni qalmayacaq. Bu yol da digərləri kimi Azərbaycan Ordusunun zəfər yürüşünə şahidlik edəcək. (BAKU.WS)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin