Qəbul etdiyimiz qidalar sağlamlığımıza təsir göstərən mühüm faktorlardandır. Elə qidalar var ki, insan orqanizmində ciddi iz buraxır. Mütəmadi olaraq qəbul etdikdə isə hətta sağalmaz xəstəlilərə qədər yol açır. Günümüzün ən aktual xəstəlikləri arasında xərçəngin xüsusi çəkisi var. Yalnış qidalanma bu xəstəliyin aktivləşməsi üçün də münbit şərait yaradır.
Bizim.Media mütəxəssislərin tərtib etdikləri kanserogen qidaların siyahısı təqdim edir:
1. Popkorn
Popkorn hazırlandığı zaman tərkibində əmələ gələn kanserogen birləşmələr xərçəng üçün əlverişli mühit yaradır.
2. Pestisid tərkibli meyvə-tərəvəzlər
Bəzən meyvə və tərəvəzlərin yetişdirilməsində həddindən artıq kimyəvi maddələr istifadə edilir. Pestisidlər əsasən alma, çiyələk və üzümdə istifadə olunur.
3. Konservləşdirilmiş pomidor
Tomat dəmir qabda konservləşdirildikdə (pomidor tərkibli bütün konservlərdə balıq, ət və s.) reaksiya gedir likopin tərkibi dağılır. Yaranmış maddələr konserogen mühit yaradır, həmçinin bədənimizin reproduktivlik funksiyasını xeyli dərəcədə zəiflədir. Bu vəziyyət şüşə qabda kanservləşdirilmiş pomidor üçün keçərli deyil.
4. Kolbasalar və konservləşdirilmiş ətlər
Amerikada aparılan tədqiqatlar sübut edir ki,mütəmadi olaraq gün ərzində 160 qram və daha çox kolbasa qəbul edən insanlar digərlərindən 44% daha çox xəstəliyə tutulurlar. Kolbasa və konservləşdirilmiş ət daha çox saxlanıla bilmək üçün tərkibinə kanserogen maddələr, qatqılar əlavə olunur.
5. Çipslər
Kartofdan hazırlanan çipslər hətta ölümcül dərəcədə təhlükəli də sayıla bilər. Tərkibində həddindən artıq natrium, konservant və aramatizatorlar kanserogen mühit yarada bilər.
6. Ağ un
Ağ unun tərkibinə qazabənzər xlor və karbohidratlar əlavə olunur. Nəticədə qan tərkibində şəkərin səviyyəsi yüksəlir və həmçinin kanserogen mühit yaranır.
7. Duz.
Duzun həddindən artıq istifadəsi bədəndə xlor yığılmasına səbəb olur. Xlor isə orqanizmimiz üçün kanserogen maddədir.
Ekspertlər onu da bildirirlər ki, kabab və dəfələrlə qaynadılmış yağda bişirilən təamlar orqanizmdə xərçəng riskini 50 dəfə artırır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:30 / 26.03.2021
DİQQƏT! Bu qidalar xərçəng yarada bilir – ŞOK SİYAHI
Hazırda oxunan: DİQQƏT! Bu qidalar xərçəng yarada bilir – ŞOK SİYAHI
Hazırda oxunan: DİQQƏT! Bu qidalar xərçəng yarada bilir – ŞOK SİYAHI
15861
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.