Ölümdən son anda qurtulan gəncin atasından AÇIQLAMA – “Səbəbini özüm də axtarıram” - ÖZƏL

Hazırda oxunan: Ölümdən son anda qurtulan gəncin atasından AÇIQLAMA – “Səbəbini özüm də axtarıram” - ÖZƏL

15860

Xəbər verildiyi kimi Göyçay rayonunda intihara cəhd olub. Rayonun Şəkər kənd sakini, 1994-cü il təvəllüdlü Əhmədov Kamal Eynulla oğlu yaşadığı evdə kəndirlə özünü asıb. Hadisədən xəbər tutan Kamalın anası onu son anda ölümdən xilas edib.

Boğularaq koma vəziyyətinə düşən Kamal Əhmədov təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb. Onun özünü öldürmək istəməsinin səbəbi bilinmir. 

Bizim.Media hadisənin baş vermə səbəbi və ailə barədə təfərrüatları öyrənməyə çalışıb.
 

MÖVZU İLƏ BAĞLI:

Parlament Jurnalistləri Birliyindən intiharla bağlı mediaya müraciət - Özünüqəsdə sövq edə bilərsiz


Göyçay rayonu Şəkər kənd bələdiyyə sədri Qurban İbrahimov saytımıza açıqlamasında ailənin uzun illərdir ki, Rusiyada yaşadıqlarını, pandemiya səbəbindən vətəndə qaldıqlarını bildirib:

“O ailəni elə də yaxından tanımıram. Onlar Rusiyada qalırdılar və o ölkənin qeydiyyatındadırlar. Vətənə gəliblər və pandemiya səbəbindən burada qalıblar. Amma normal, mərifətli və heç bir problemi olmayan ailədir”. 

Bələdiyyə sədri hazırda Göyçay Rayon Mərkəzi xəstəxanasında müalicə alan gəncin vəziyyətinin normal olduğunu deyib:

“Atası ilə axşam danışmışam, oğlanın vəziyyəti normaldır”.

İntihara cəhd edən Kamal Əhmədovun atası eynulla Əhmədov isə qeyd edib ki, oğlunun intihar etmə səbəbini bilmir:

“Səbəbini özüm də axtarıram, tapa bilmirəm. Hər hansı problem, səhhətində narahatlığı filan yoxdur. Hazırda müalicə alır. Çox güman ki, hüquq mühafizə orqanlarının araşdırmasının və istintaqın nəticələrindən sonra məlum olacaq”.

Oğlunun subay olduğunu vurğulayan ata ailəsi haqda əlavə məlumat vermək istəməyib. 
Qeyd edək ki, faktla bağlı Göyçay rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin