Azərbaycanın növbəti hədəfi nə olmalıdır? – SORĞU

Hazırda oxunan: Azərbaycanın növbəti hədəfi nə olmalıdır? – SORĞU

158595

Ölkə əhalisinin 63.3 %-i hesab edir ki, uğurlu lokal antiterror tədbirlərindən sonra əsas hədəf Zəngəzur dəhlizinin açılmasıdır. 

Bizim.Media xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzi məlumat yayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Ölkə əhalisinin neçə faizi Ermənistanla sülh sazişinin imzalanmasını istəyir? – SORĞU 


Məlumatda deyilir ki, İkinci Qarabağ müharibəsinin siyasi-diplomatik müstəvidəki davamı olaraq, Azərbaycan ötən üç il ərzində ardıcıl strateji addımlarla öz milli maraqlarına və əsas hədəflərinə nail olub.

44 günlük müharibədə işğal faktına son qoyaraq, öz ərazi bütövlüyünü təmin edib və Qarabağda aparılan bir günlük antiterror tədbirləri ilə suverenliyini bərpa edib.

Ermənistanla uzunmüddətli münaqişədən sonra regionda ədalətli sülhə nail olunması, diplomatik əlaqələrin qurulması, nəqliyyat-kommunikasiya xətlərinin açılması, eyni zamanda Qarabağda təhlükəsizliyin təmin olunması zəminində mülki əhalinin qayıdışının sürətləndirilməsi və reinteqrasiya məsələləri növbəti hədəflər kimi qərarlaşıb.

Sosial Tədqiqatlar Mərkəzi mövzunun aktuallığından irəli gələrək, ictimai rəydə bu istiqamətdə prioritetləri müəyyən etmək məqsədilə sorğu keçirib.

Sorğu çərçivəsində respondentlərə “Sizcə, Azərbaycanın qarşıdakı əsas hədəfləri hansılar olmalıdır?” sualı ünvanlanıb və ən vacib üç hədəfi qeyd etmələri istənilib.

Sorğunun nəticələrinə görə, antiterror tədbirlərindən sonra, indiki halda ölkə ictimaiyyəti üçün əsas hədəf Zəngəzur dəhlizinin açılmasıdır. Belə ki, sorğuda iştirak edənlərin 63.3%-i bu mövqedən çıxış edib. Zəngəzur dəhlizinin açılması iştirakçıların sosial-demoqrafik xüsusiyyətlərindən asılı olmayaraq, onların əksəriyyəti tərəfindən ifadə olunub.

Respondentlərin 38.8%-i Ermənistanla sərhədlərin müəyyən olunmasını, 31.3%-i sülh müqaviləsinin imzalanmasını qarşıdakı ən vacib hədəflər kimi qeyd edib. Ermənistanla sərhədlərin müəyyən olunması əsasən gənc nəslin, sülh müqaviləsinin imzalanması isə yaşlı nəslin rəylərində üstünlük təşkil edib.

Sorğu iştirakçılarının 36.4%-i əsas hədəf kimi, Qarabağa qayıdışın sürətləndirilməsi, 15.7%-i Qarabağdakı erməni sakinlərin reinteqrasiyası məsələsini ifadə edib.

Qarabağa qayıdışın sürətləndirilməsi mövqeyi daha çox orta yaş qrupuna aid olanlar tərəfindən, erməni sakinlərin reinteqrasiyası isə əsasən yaşlı nəsil (21.1%) və ali təhsillilər (20.8%) tərəfindən olunub.

İştirakçıların 6.7%-i bu istiqamətdə digər cavabları səsləndirib, 1.6%-i fikir bildirməkdə çətinlik çəkib.


Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin