Əhaliyə ŞAD XƏBƏR: “Gələn il ipoteka kreditləri ilə bağlı güzəştlər tətbiq edilə bilər”

Hazırda oxunan: Əhaliyə ŞAD XƏBƏR: “Gələn il ipoteka kreditləri ilə bağlı güzəştlər tətbiq edilə bilər”

158493

“Prezident İlham Əliyev hər il İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalının artırılması ilə əlaqədar müvafiq fərmanı imzalayır. Dövlət büdcəsindən ayrılan bu vəsaitlər sosial məqsədlər üçündür”.

Bu sözləri Bizim.Media-ya açıqlayan daşınmaz əmlak üzrə ekspert Vüqar Oruc bildirib ki, builki fərmanda da nəzərdə tutulduğu kimi, gələn il üçün bu kreditin məbləği birdən-birə 87 milyon 700 min manat artırılaraq, 980 milyon 700 min manat həddinə çatdırılacaq.

Müsahibimizin sözlərinə görə, vətəndaşların yaşayış yeri ilə təmin olunması üçün həyata keçirilir:

“Hər il dövlət büdcəsindən bu istiqamətdə ayrılmalar olur və ilin sonuna bir neçə ay qalmış ayrılan vəsaitin məbləği qədər İKZF-na əlavələr edilir”.

Onun sözlərinə görə, 2024-cü ildən etibarən Fondun fəaliyyətinin tənzimlənməsi də nəzərdə tutulub:

“Bunda da ayırmaların artırılmasının böyük rolu var. Bu baxımdan gözləntilər də çoxdur. Bu siyasət bir neçə ildən sonra əhalinin mənzilə olan tələbatının tam ödənilməsi ilə nəticələnəcək”.

Vüqar Oruc ipoteka ödəyicilərinin yüksək faizlər qarşısında bəzi çətinliklərlə üz-üzə qalmalarından da söz açıb:

“Həqiqətən də bizdə faizlər digər ölkələrdən fərqlənir. Bunun da bir neçə səbəbi var. Əsl səbəbini hökumətin monetar siyasətində tapmaq lazımdır. Ona görə ki, faizlərinin hər birinin öz izahı var. Əvvəlcə üz-üzə qaldığımız 7 faizlik dərəcənin formalaşmasının səbəbini aydınlaşdırmaq lazımdır.

Bəzi Avropa ölkələrində ipoteka kreditləşməsi orta risk dərəcəsindən nə yuxarı, nə də aşağı olur. Azərbaycanda isə orta risk dərəcəsi yüksəkdir, ancaq bununla belə İKZF-nin təşkil etdiyi faizlər ondan 1-2 faiz aşağıdır.
Azərbaycan manatı nə vaxt güclənərsə və inflyasiya aşağı olarsa, o zaman da ipoteka faizlərini aşağı salmaq mümkün olacaq. İndiki halda isə bu, çox risklidir”. Ekspert ipoteka kreditlərinə əlçatanlılığının təmin edilməsinə ümidlərin çox olduğunu vurğulayıb. Onun sözlərinə görə, 2024-cü ildə ipoteka kreditləşməsi ilə bağlı bəzi güzəştlərin tətbiq edilməsi gözlənilir.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin