Payız həm də depressiyalar fəslidir. Emosional və həssas insanlar bu ayda daha çox depressiyaya düşür. Hətta gündəlik hava da bəzi adamların əhvalına pis təsir edir. Küləkli, yağışlı havalarda bəzi adamlar bayıra çıxmır. Hətta işdən belə yayınırlar.
Havanın yaratdığı ovqatsızlıq bəzən uzun müddətli depressiyaya çevrilir. Mütəxəssislərin rəyinə görə ən ağır depressiya payız aylarında yaşanır. Bunun da əsas səbəblərindən biri qaynar və enerjili yay aylarından sonra gələn hərəkətsizlikdir. Yay aylarında insanlar daha pozitiv və yaradıcı olur, müxtəlif planlar cızır.
Lakin, payızda əksər insanlar heç nə planlaşdırmır və daha çox evə qapanır. Gündəlik evə qapanma isə dərin depressiya yaradır.
Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən psixoloq Gülnarə Orucova qeyd edir ki, ümumiyyətlə fəsil, melanxolik, xroniki, distimi depressiya növləri var:
“İnsanlar daha çox payız aylarında fəsil depressiyasına düşürlər. Bəzi insanlarda gizli depressiya gedir. Bunun bir başqa adı isə distimi depressiyadır. Gizli depressiyaya tutulan insanların iki gün əhvalları yaxşı, bir gün pis olur. Bu beləcə dövr edir. Fərd isə artıq yenidən ovqatı düzələn zaman vəziyyətin fərqində olmur. Distimi depressiya üç ilə qədər davam edə bilir və buna görə də mütləq mütəxəssisə müraciət olunmalıdır”.
Psixoloq əlavə edib ki, payız depressiyası insanda hormonal və fiziki dəyişiklərə də yol açır:
“Yaşam həvəsi aşağı düşür, şiddətli aqressivlik, səbirsizlik müşayiət olunur. Belə insanların TH səviyyəsi də anidən qalxıb enə bilər. İştahsızlıq, yuxusuzluq sürətli çəki itkisinə gətirib çıxara bilər ki, mədə-bağırsaq xəstəlikləri, həzm kanalında problemlər yaranma ehtimalı var.
Ən çox depressiya stress mənşəli xəstəliklərin yaranmasında lokomotiv rolunu oynayır. Depressiyadan qurtulmağın ən asan yolu sosiallaşmaqdır. İnsan sevdiyi və hörmət etdiyi insanlarla eyni ortamı bölüşəndə həmin adamlardan müsbət enerji alır.
Nəticədə həmin insanda həyat eşqi güclənir. Həyat eşqi güclü olan insanlar isə depressiyadan hər zaman uzaq olurlar”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:30 / 06.10.2023
Depressiyalar fəslinin QURBANLARI – Payız stresindən necə xilas olmaq olar?
Hazırda oxunan: Depressiyalar fəslinin QURBANLARI – Payız stresindən necə xilas olmaq olar?
Hazırda oxunan: Depressiyalar fəslinin QURBANLARI – Payız stresindən necə xilas olmaq olar?
158484
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.