Ermənistanla sərhəd xəttinə ən yaxın məsafədə yerləşən Qazax rayonunun Məzəm kəndində fəaliyyəti dayandırılan uşaq bağçası 30 ildən sonra yenidən istifadəyə verilib.
Bu barədə Bizim.Media-ya Qazax-Tovuz Regional Təhsil İdarəsindən məlumat verilib.
Mənbə qeyd edir ki, Məzəm kənd uşaq bağçasının inzibati binası lazımi inventarlarla təmin olunub. Binada təmir işləri aparılıb, əlavə olaraq anbar, mətbəx və sanitar qovşaq tikilib.
Xatırladaq ki, Məzəm kəndi Qazax rayonunun Ermənistanla sərhədə ən yaxın məsafədə yerləşir. Kənd 1993-cü ilin aprelində müvəqqəti olaraq Qazax rayonu ərazisinə köçürülüb və həmin vaxtdan Məzəm kənd uşaq bağçasının fəaliyyəti dayandırılmışdı.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin 26.07.2023-cü il tarixli əmrinə əsasən Məzəm kənd uşaq bağçası Təhsil İdarəsinin tabeliyində yaradılıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:37 / 04.10.2023
Ermənistanla sərhəd kənddə fəaliyyəti dayandırılan bağça 30 ildən sonra istifadəyə verildi - FOTO
Hazırda oxunan: Ermənistanla sərhəd kənddə fəaliyyəti dayandırılan bağça 30 ildən sonra istifadəyə verildi - FOTO
Hazırda oxunan: Ermənistanla sərhəd kənddə fəaliyyəti dayandırılan bağça 30 ildən sonra istifadəyə verildi - FOTO
158328
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.