Ermənilərə “Yevlaxa gəl” deyən TAMBUR İFAÇISI – “Xankəndidə çıxış etməyi arzulayıram” - FOTO/VİDEO   

Hazırda oxunan: Ermənilərə “Yevlaxa gəl” deyən TAMBUR İFAÇISI – “Xankəndidə çıxış etməyi arzulayıram” - FOTO/VİDEO   

158300

Azərbaycan silahlı qüvvələrinin Qarabağ iqtisadi rayonunda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərinin uğurla nəticələnməsi, xuntaçıların, separatçıların 24 saat ərzində ağ bayraq qaldırması əsgərimizin şücaətini bir daha göstərməklə, yanaşı xalqımızın birlik və barəbərliyini də nümayiş etdirmiş oldu. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, son günlər sosial şəbəkələrdə trendə çevrilən Balakəndən olan tambur ifaçısı Əfqan Rəhmanovun “Yevlaxa gəl” bəstəsində də məhz Azərbaycan əsgərinin qanı-canı bahasına əldə etdiyi qələbədən bəhs olunur.

Trendə çevrilən ifa. 

Balakənli tambur ifaçısının bu bəstəsi qısa müddətdə milyonlarla baxış qazanıb. 44 günlük Vətən Müharibəsindən sonra Qarabağ istisadi rayonlarında məskunlaşan separatistlərə Azərbaycan dövləti Yevlax şəhərində görüşərək danışıq aparmaq üçün təklif göndərsə də nəticəsi olmamışdı.

Lokal xarakterli 24 saatlıq antiterror tədbirlərindən sonra isə xuntaçılar ağ bayraq qaldırmaq məcburiyyətində qalmaqla yanaşı həm də məhz Yevlaxda ilk görüşün keçirilməsini məmnuniyyətlə qəbul edib. Əfqan da öz ifasında məhz bu incə məqamı vurğulayıb.  
“Əyilginən əsgərimiz əyməmiş,  

Haqq yola dön, leş donunu geyməmiş.  

Boş başına DƏMİR YUMRUQ dəyməmiş, 

Yevlaxa gəl, Yevlaxa gəl, Yevlaxa....  

İndi zirvələrdən boylanmaq qürurludur. 

Rayonun Hənifə kəndində doğulub boya-başa çatan Əfqanla Balakən şəhərində ən hündür zirvəsində görüşmək qərarına gəldik.

İfaçı bildirib ki, bu qələbədən sonra ancaq zirvədə dayanıb seyr etmək və şəhidlərimizə şükran borcumuzu vermək doğru olar.  

Koroğlunun nərəsindən hayım bəlli, hoyum bəlli... 

Bütün əsil-nəsil, nəcabətim bəlli, soyum bəlli.  

Dəli Oğuz boyundanam, bütün dünyaya boyum bəlli, 

Mən Tanrının qüdrətindən xəlq olunmuş varı Türkəm.  

Zəiflərin, gücsüzlərin darda xilaskarı Türkəm!  

Yaradıcılığı başdan-ayağa vətənpərvərlikdir

Əfqanın heç bir təhsili olmasa da tambura olan sevgisi onu yaradıcılıqla məşğul olmağa sövq edib. Bütün bəstələri, qələmə aldığı şeirlər isə ancaq vətənpərvərlikdən, igidlərimizin qəhrəmanlığından bəhs edir. O, el şənliklərində də ancaq bu ifaları ilə çıxış edir.  
Dünyanın hər yeri tanıdı bizi, 

Hünər meydanıda, hünər qazandıq. 

Yazıldı tarixə mərdlərin izi, 

Dəyərlə içində, dəyər qazandıq.....  

Tambur ifaçısının indi bir arzusu var. Tezliklə Azərbaycan bayrağı Xankəndi şəhərində dalğalansın və orada Şuşada olduğu kimi Festival təşkil edilsin.

Həmin gün üçün də onun xüsusi töhfəsi olacaq. Əlbəttə tambur ifaçısı həmin bəstəsini də Xankəndində səsləndirmək arzusundadır.  
 









Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin