Qax rayonunun Acınohur ərazisində xarici turistlərin qanunsuz ov hallarına yol verməsi barədə sosial şəbəkələrdə və mətbuatda yayılan məlumatlar, foto və video materiallar Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Xidmətin rəisi Hikmət Əlizadə bildirib.
MÖVZU İLƏ BAĞLI:
Baş redaktor nadir quşları ovlayan ərəb turistlərinə DƏSTƏK VERDİ
Onun sözlərinə görə, bəzi görüntülərdə və yerində aparılan araşdırmalarda qanun pozuntuları müəyyən edildiyindən iki əcnəbi turist Azərbaycan Respublikasının ovçuluq haqqında qanunvericiliyinin tələblərinin pozulmasına və təbiətə vurulmuş ziyana görə cərimələniblər.(apa)
Bizim.Media