I Qarabağ müharibəsində itkin düşən şəhid Seyfulla Tairovun nəşi doğulduğu Saatlı rayonunun Cəfərxan kəndinə gətirilib.
Bizim.Media report.az-a istinadən xəbər verir ki, üçrəngli bayrağa bükülmüş şəhidin tabutunu valideynləri, yaxınları, Rayon İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri qarşılayıblar.
Hazırda doğulduğu evdə şəhidlə vida mərasimi keçirilir.
Qeyd edək ki, Saatlıda məskunlaşmış Axıska türklərindən olan Tairov Seyfulla Veytulla oğlu 1973-cü il fevralın 1-də rayonun Cəfərxan kəndində anadan olub. 1991-1992-ci illərdə sovet ordusunda xidmət edib. Xidmətini yarımçıq qoyaraq vətənə qayıdan S.Tairov könüllü olaraq I Qarabağ uğrunda gedən döyüşlərə qatılıb.
31 avqust 1993-cü ildə erməni işğalçılarına qarşı gedən döyüşlərdə Füzuli rayonunun Kürdmahmudlu kəndi ərazisində itkin düşüb.
44 günlük Vətən müharibəsində işğaldan azad edilən Xocavəndin Edilli kəndində kütləvi məzarlıq aşkar edilərkən meyit qalıqlarından birinin ona aid olduğu müəyyənləşib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:35 / 04.10.2023
İtkin düşən şəhidin nəşi doğulduğu kəndə gətirildi - FOTO
Hazırda oxunan: İtkin düşən şəhidin nəşi doğulduğu kəndə gətirildi - FOTO
Hazırda oxunan: İtkin düşən şəhidin nəşi doğulduğu kəndə gətirildi - FOTO
158295
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.