Birinci Qarabağ müharibəsində itkin düşən, 31 il sonra meyitinin qalıqları Şuşanın Daşaltı kəndində tapılan şəhid Veysəl Qasımovla vida mərasimi başa çatıb.
Bizim.Media “report.az”a istinadən xəbər verir ki, mərhumun cənazəsi dəfn olunmaq üçün İkinci Şəhidlər Xiyabanına aparılır.
*** 11:43
Birinci Qarabağ müharibəsində itkin düşən, 31 il sonra meyitinin qalıqları Şuşanın Daşaltı kəndində tapılan şəhid Veysəl Qasımovla vida mərasimi keçirilir.
Bizim.Media “report.az”a istinadən xəbər verir ki, Bakının Xətai rayonunda mərhumun yaşadığı evdə baş tutan mərasimdə rayon icra hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin ailə üzvləri və döyüş yoldaşları iştirak edirlər.
Qeyd edək ki, Veysəl Qasımov 1963-cü ildə Bakı şəhərində anadan olub. 29 saylı tam orta məktəbin məzunu olduqdan sonra könüllü ordu sıralarına yazılıb.
1992-ci ildə Şuşa döyüşlərinin iştirakçısı olub. Daşaltı əməliyyatında döyüşüb və itkin düşüb.
Xatırladaq ki, ötən ay Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyətləri müəyyən edilmiş daha 10 nəfərin meyit qalıqlarının eyniləşdirilməsinə nail olunub. Onlardan biri də şəhid Veysəl Qasımovdur.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:40 / 04.10.2023
31 il sonra meyitinin qalıqları tapılan şəhidlə VİDA MƏRASİMİ – YENİLƏNİB/FOTO
Hazırda oxunan: 31 il sonra meyitinin qalıqları tapılan şəhidlə VİDA MƏRASİMİ – YENİLƏNİB/FOTO
Hazırda oxunan: 31 il sonra meyitinin qalıqları tapılan şəhidlə VİDA MƏRASİMİ – YENİLƏNİB/FOTO
158283
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.