Tibb müəssisəsində baş verən qanunsuzluqlarla bağlı cinayət işi başlanıb

Hazırda oxunan: Tibb müəssisəsində baş verən qanunsuzluqlarla bağlı cinayət işi başlanıb

158194

Şabran Rayon Mərkəzi Xəstəxanasında yol verilən qanunsuzluqlar barədə daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb. 

Bu barədə Bizim.Media-ya Baş Prokurorluqdan bildirilib. 

Qeyd edilib ki, araşdırma zamanı 2018-2023-cü illəri əhatə edən dövr ərzində qeyd edilən xəstəxananın vəzifəli şəxs(lər)inin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək bilə-bilə rəsmi sənədlərə yalan məlumatlar daxil edib külli miqdarda dövlət əmlakının mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Şabran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. 
Hazırda ibtidai istintaq davam edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin