1991-ci il dekabrın 26-da Ermənistan Silahlı Qüvvələri və Qarabağdakı erməni separatçıları tərəfindən işğal edilən Xankəndinin bu adla yol nişanını azərbaycanlılar nə az, nə çox, düz 32 il gözləyiblər. İndi həmin nişan Xankəndi şəhərinin girəcəyində quraşdırılıb.
Bizim.Media xatırladır ki, Bakıdan 329 km uzaqlıqda yerləşən Xankəndi şəhər əhatə dairəsinə Xankəndi şəhəri və Kərkicahan şəhər tipli qəsəbəsi daxildir.
İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Xankəndi şəhəri Rusiya sülhməramlılarının nəzarətinə keçib, sülhməramlı qüvvələrinin mərkəzi qərargahı burada yerləşdirilib. 29 sentyabr 2023-cü ildə Azərbaycan polisləri şəhərə nəzarəti bərpa edib.
Xankəndi (Xanın kəndi) Qarabağ xanlığı tərəfindən XVIII əsrdə qurulub. Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi 1923-cü il iyulun 7-də "Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında" dekret verib.
Həmin dekretlə Xankəndi vilayətin mərkəzi elan olunub. 1923-cü ilin sentyabrında şəhər cəllad Stepan Şaumyanın adı ilə "Stepanakert" adlandırılıb. 1991-ci ildə Azərbaycan SSR Ali Sovetiinin qərarı ilə şəhərin əvvəlki — "Xankəndi" adı bərpa edilib.
Xankəndi şəhəri Şuşa və Xocalı rayonlarının arasında yerləşir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:00 / 03.10.2023
Azərbaycanlıların 32 il gözlədiyi FOTO
Hazırda oxunan: Azərbaycanlıların 32 il gözlədiyi FOTO
Hazırda oxunan: Azərbaycanlıların 32 il gözlədiyi FOTO
158154
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.