10 yaşlı qıza zorakılıq etdiyi bildirilən şəxs SAXLANILDI – Rəsmi AÇIQLAMA  

Hazırda oxunan: 10 yaşlı qıza zorakılıq etdiyi bildirilən şəxs SAXLANILDI – Rəsmi AÇIQLAMA  

158153

Xəbər verdiyimiz kimi, Xətai rayonu 63 nömrəli məktəbin yaxınlığında yaşlı şəxsin 10 yaşlı qıza təcavüz etməsi ilə bağlı məlumat yayılıb. 

Araşdırmanın nəticəsi ilə bağlı DİN-dən Bizim.Media-ya açıqlama verilib.  
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda TÜKÜRPƏDİCİ OLAY – Ahıl şəxs 10 yaşlı qıza CİNSİ ZORAKILIQ ETDİ – DETALLAR/VİDEO  


DİN mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, Xətai rayonu ərazisində 10 yaşlı uşağa qarşı əxlaqsız hərəkətlər edilməsilə bağlı polisə müraciət daxil olub: 

“Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən 65 yaşlı şəxs saxlanılıb. O, izahatında azyaşlının idman qurğusu olan turnikdən asılı vəziyyətdə olduğunu görüb və onun oradan yalnız düşməsinə kömək etdiyini bildirib. Uşağın valideyni övladına qarşı heç bir fiziki zor və əxlaqsız hərəkətlər edilmədiyindən ilkin verdiyi ərizə ilə bağlı şikayət və tələbinin olmadığını bildirib”. 

Faktla bağlı hazırda araşdırmalar davam etdirilir. 

Xatırladaq ki, sözügedən hadisə ilə bağlı Xətai sakinləri tərəfindən videogörüntü paylaşılıb. Videodan da göründüyü kimi pedofil hüquq mühafizə orqanları tərəfindən saxlanılaraq xidməti avtomobilə əyləşdirilir.  Təcavüzə məruz qalan azyaşlının hazırda xəstəxanada olduğu bildirilir. Onun vəziyyəti ilə bağlı hələki məlumat yoxdur.  

Alçina Amilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin