Oktyabrın 4-nə gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Əsasən gecə və axşam saatlarında yarımadanın bəzi yerlərində yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 15-18° isti, gündüz 19-24° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 14-18° isti, gündüz 20-25° isti, dağlarda gecə 1-5° isti, gündüz 5-9° isti olacaq.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:46 / 03.10.2023
Sabah yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ
Hazırda oxunan: Sabah yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ
Hazırda oxunan: Sabah yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ
158134
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.