Amil Xəlilin verilişindəki yalnışlıqla bağlı baş redaktordan AÇIQLAMA – “Yayıma 20 saniyə qalmış...”

Hazırda oxunan: Amil Xəlilin verilişindəki yalnışlıqla bağlı baş redaktordan AÇIQLAMA – “Yayıma 20 saniyə qalmış...”

158102

Ötən gün Space TV-də efirə gedən verilişin alt yazısındakı texniki səhv sosial şəbəkə istifadəçiləri tərəfindən tənqidlə qarşılanıb. Belə ki, verilişdə Xırdalan şəhərində baş verən dəhşətli qətl hadisəsi müzakirə olunub. 1967-ci il təvəllüdlü Gülnarə Sərkərova həyat yoldaşı 1962-ci il təvəllüdlü Xəlifə Sərkərov tərəfindən qətlə yetirilib. Daha sonra X.Sərkərov odlu silahdan atəş açaraq özünü öldürüb.

Verilişin alt yazısında titrlərdə isə belə yazılıb: “Ər əvvəl özünü, sonra həyat yoldaşını öldürdü”.

Verilişdəki yalnışlığıa görə həm “Space TV”, həm də aparıcı Amil Xəlil tənqid edilib.

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlamasında “Space TV”-nin baş redaktoru Əhməd Əsgərov bildirib ki, bu, sadəcə titr yazanın texniki səhvi olub:

“Bütün titrlər əvvəlcədən necə yazılmalıdırsa, yoxlanılıb. Sadəcə olaraq onu ora köçürəndə yalnışlığa yol verilib və bu, köçürənin, yəni operatorun səhvidir. Texniki səhvdir, yəni bir şey deyil. Əvvəlcədən hazırlanmayıb. Verilişin yayımına 20 saniyə qalmış titrə çıxarılıb. Ümumiyyətlə bütün titrlər və sətirlər əvvəlcədən yoxlanılır”.
Yalnışlığa yol verənin cəzalanmasına gəlincə, baş redaktor əlavə edib ki, texniki səhvə yol verən operator barəsində hər hansı tədbir nəzərdə tutulmayıb.  

Qeyd edək ki, verilişin aparıcısı Amil Xəlil də öz şəxsi hesabında bu yanlışlığa görə TV-ni və onu tənqid edənlərə cavab verib:

“Kiçik və texniki səhv! Heç bir veriliş bu kimi hallardan sığortalanmayıb. Yazı yazılarkən qrammatik səhv olursa, bu, qlobal bir hadisə deyil. Əsas da həmkarlarımın paylaşımı… Nə isə! 20-30 ilin redaktorları belə yazıda səhvlər edir. Canımız sağ olsun!”

Alçina Amilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin