Hərbi cinayət törətmiş yüksək vəzifəli erməni hərbçisi məhv edildi

Hazırda oxunan: Hərbi cinayət törətmiş yüksək vəzifəli erməni hərbçisi məhv edildi

1581

Azərbaycan Ordusu tərəfindən düşmənə qarşı görülən tədbirlər davam etdirilir.

Bizim.Media Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, oktyabrın 29-da gün ərzində cəbhənin bir neçə istiqamətində düşmənin hücum etmək cəhdinin qarşısı qətiyyətlə alınıb.

Döyüş texnikası və canlı qüvvə sarıdan xeyli sayda itki verən düşmən geri çəkilməyə məcbur edilib.

Görülən cavab tədbirləri nəticəsində hərbi cinayət törətmiş növbəti yüksək vəzifəli erməni hərbçisi məhv edilib.

Belə ki, Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının müdafiə zolağında avtomobil kolonunun atəşə tutulması nəticəsində 1-ci ümumqoşun ordusu komandanının silahlanma üzrə müavini polkovnik Viktor Arustamyan məhv edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin