77 yaşını qeyd edən Misir Mərdanov: “Ən böyük arzum Qərbi Azərbaycanı ziyarət etməkdir” – MÜSAHİBƏ  

Hazırda oxunan: 77 yaşını qeyd edən Misir Mərdanov: “Ən böyük arzum Qərbi Azərbaycanı ziyarət etməkdir” – MÜSAHİBƏ  

158098

Bu gün AMEA-nın müxbir üzvü, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, sabiq Təhsil naziri, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanovun doğum günüdür. O, 3 oktyabr 1946-cı ildə Qərbi Azərbaycanın Karvansaray (İcevan) rayonunda anadan olub.  

Ad günü münasibəti bağlı Misir Mərdanovla həmsöhbət olduq.  

Bizim.Media sabiq nazirlə müsahibəni təqdim edir: 
 

MÖVZU İLƏ BAĞLI:

Misir Mərdanov: "Qərbi azərbaycanlılarla bağlı filmlər çəkilsin, yazılar yazılsın"


- Misir müəllim, sabahınız xeyirli, doğum gününüz mübarək olsun. Yaş üzərinə yaş gəlir. Bu yaşda özünüzü necə hiss edirsiniz? 

- Çox gözəl hisslər keçirirəm. 77 yaşımda illər boyu həsrətində olduğum hadisələrin sevincini yaşayıram. Çox şükürlər olsun ki, bu günü gördüm. Torpaqlarımızı tamamilə geri aldıq. Qarabağımızın azad olunduğunu gördüm. Çox sevincli bir il yaşayıram. Bundan böyük sevinc, xoşbəxtlik ola bilməz ki?!  

- Arzudan-arzu doğar deyiblər. Bu yaşda hansı arzularınız var? 

- Əlbəttə ki, arzularım var. Arzu edirəm ki, təzədən gedib Qarabağı qarış-qarış gəzmək hər kəsə və mənə də qismət olsun. Ən böyük arzumsa doğulduğum və 35 ildir ki, həsrət qaldığım Karvansaraya getmək, ata ocağını ziyarət etməkdir. Allah hər kəsi arzusuna şatdırsın, o cümlədən məni də İnşallah! 

- 77 yaş insan ömrü üçün hansı mərhələdir? İnsan bu yaşda daha çox nə arzulayır, hansı planlar qurur? 

- Təbii ki, bu cavanlıq dövrü deyil. İnsanın ahıl yaşıdır. Amma insan hər yaşda xəyal qurur, nələrisə planlaşdırır. Allah nə qədər ömür veribsə, onu səmərəli yaşamaq istəyirəm. Hər gün işimin başındayam. Elmlə məşğulam. Bu yaşda da elimə, obama, xalqıma, dövlətimə daha çox xidmət etmək istəyirəm. 

- Ad gününüzü kimlərlə və harada qeyd edəcəksiniz? 

- Vallah səhər durmuşam, indi yoldayam, işə gedirəm. Axşama kimi işdə olacam. Axşam da evə gedəcəm. Mən heç zaman ad günü və yubileylərimi nə rəsmi, nə də qeyri-rəsmi qeyd eləməmişəm. Bu dəfə də belə olacaq.  

- Yəqin ki, təbrikləri qəbul edirsiniz? 

- Təbii ki, təbrikləri qəbul edirəm. Sağ olsun bütün dost-tanışları. Səhər o başdan telefonum susmur. Təbrikləri qəbul edirəm. Bax, belə... Siz də sağ olun ki, məni yada salmısınız, təşəkkür edirəm. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin