Bakıda yeniyetmələrin yüksəklikdən maşın təkəri buraxaraq yolda hərəkət edən nəqliyyat vasitələri üçün təhlükə yaratmaları ilə bağlı görüntülər yayılıb. Videodan yeniyetmələrin bu vəziyyəti “oyuna” çevirərək güldükləri də məlum olur. Məsələ geniş müzakirələrə səbəb olub və sürücülərin həyatı üçün ciddi təhlükə yaradan şəxslərin cəzalandırılması tələb olunub.
Bizim.Media-ya açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Anar Qafarov bildirib ki, hazırda həmin şəxslərin kimliyi araşdırılır və təhqiqatın nəticəsi barədə məlumat veriləcək.
MÖVZU İLƏ BAĞLI:
Təkər satanlar gömrük qiymətlərinin qalxdığını söylədi, Dövlət Komitəsi isə TƏKZİB ETDİ - VİDEO