Biləsuvarda qardaşını öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Hazırda oxunan: Biləsuvarda qardaşını öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

158022

İyunun 17-də Biləsuvar rayon sakini 1984-cü il təvəllüdlü Amil Şirqasımovun qəsdən öldürülməsi faktına görə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı yekunlaşıb. 

Biləsuvar rayon prokurorluğundan Bizim.Media-ya verilən məlumata görə, istintaqla 1987-ci il təvəllüdlü Abuzər Şirqasımovun rayonun, Xırmandalı kəndi ərazisində yaşadıqları evdə aralarında yaranmış mübahisə zamanı qardaşı Amil Şirqasımova bıçaqla xəsarətlər yetirərək xüsusi amansızlıqla qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Abuzər Şirqasımova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilib və barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib. 
Cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər məhkəməsinə göndərilib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin