BİZİM TƏQVİM: 3 oktyabrda baş vermiş tarixi hadisələr

Hazırda oxunan: BİZİM TƏQVİM: 3 oktyabrda baş vermiş tarixi hadisələr

158017

1993-cü ilin bu günündı xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. Ümummilli Lider ölkəmizdə siyasi gərginliyin, hakimiyyət böhranının kəskinləşdiyi bir dövrdə hakimiyyətə gəldi. 

Həmin vaxt xaos və anarxiya respublikanı bürümüşdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə almışdı. Bir tərəfdən də Ermənistanın təcavüzü ilə üzləşən ölkəmiz təşviş içində idi. Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan xaosdan, anarxiyadan, hərc-mərclikdən, özbaşınalıqdan, parçalanma təhlükəsindən qurtuldu, ölkəmiz sabitliyə, əmin-amanlığa, demokratiyaya qovuşdu. 

Bəs, oktyabrın 3-də dünyada daha hansı hadisələr baş verib?

1. 1906-cı ilin 3 oktyabrında Almaniyanın paytaxtı Berlində keçirilən Birinci Simsiz Teleqraf Konqresində “SOS” təhlükə siqnalı olaraq qəbul edildi.

2. 3 oktyabr 1922-ci ildə Türkiyə, Böyük Britaniya, Fransa və İtaliya arasında Mudanya Konfransı başladı. 8 gün sonra Mudanya Müqaviləsi imzalandı.

3. Serblər, xorvatlar və slovenlər tərəfindən 1929-cu ilin 3 oktyabr tarixində Yuqoslaviya Krallığı quruldu.

4. 3 oktyabr 1946-cı ildə BMT-nin Əhali Komissiyası İqtisadi və Sosial Şurası (ECOSOC) təsis edilib.

5. SSRİ və ABŞ 3 oktyabr 1971-ci ildə Strateji Silahları Məhdudlaşdırma Müqaviləsini (SALT) imzalayıb.

6. 3 oktyabr 45 ildən sonra iki alman dövlətinin birləşdiyi gündür. 1945-ci il mayın 8-də alman baş komandanlığının nümayəndələri qeyd-şərtsiz təslim haqqında sənədə qol çəkdikdən sonra ölkə SSRİ, ABŞ, İngiltərə və Fransanın nüfuz dairələrinə parçalandı. Bununla da əsasən sovet təsiri altında olan Almaniya Demokratik Respublikası (ADR) ilə Qərbə meyl göstərən Almaniya Federatif Respublikası (FDR) yarandı. 1990-cı ilin 3 oktyabr tarixində iki Almaniyanın birləşməsi barədə dövlətlərarası saziş qüvvəyə mindi. 

7. 2005-ci il 3 oktyabrda Lüksemburqda keçirilən Hökumətlərarası Konfransda Avropa İttifaqı və Türkiyə arasında Aİ-də iştirak üçün müzakirələr rəsmən başlandı.

8. 3 oktyabr 2009-cu ildə Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan Naxçıvan Sazişi ilə Türkdilli Ölkələrin Əməkdaşlıq Təşkilatını qurdular.

9. 2012-ci ilin 3 oktyabrında Suriyadan açılan top mərmiləri Türkiyənin Şanlıurfa rayonunun Akçakale qəsəbəsinə düşdü və 5 sıravi vətəndaş həyatını itirdi. Buna cavab olaraq Türkiyə də Suriya torpaqlarını vurdu.

10. 2020-ci ilin 3 oktyabrında 44 günlük müharibə çərçivəsində  Azərbaycan Silahlı Qüvvələri Tərtər rayonun Suqovuşan su anbarını, Tərtər rayonunun Talış, Cıbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq, və Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndlərini Ermənistanın işğalından azad edilib. 

3 oktyabrda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Rus şairi, rəssamı və dramaturqu Mixail Lermontov 3 oktyabr 1814-cü ildə anadan olub (3.10.1814- 27.7.1841).

2. Görkəmli Azərbaycan yazıçısı Süleyman Sani Axundov 1875-ci ilin bu günü dünyaya gəlib. Süleyman Sani Qori seminariyasını bitirdikdən sonra ömrünün sonunadək pedoqoji fəaliyyət göstərib, 1922-ci ildə isə Azərbaycan Ədib və Şairlər İttifaqının ilk sədri seçilib (1875-1939).

3. 1895-ci il oktyabrın 3-də görkəmli rus şairi Sergey Yesenin dünyaya gəlib.

4. 3 oktyabr XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, yazıçı və dramaturq İlyas Əfəndiyevin xatirə günüdür. Onun mənəvi-əxlaqi problemlərdən söhbət açan “Sən həmişə mənimləsən”, “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər”, “Büllur sarayda” və başqa pyesləri Azərbaycan teatrlarının repertuarında mühüm yer tutur. (26.5.1914 - 1996)

5. 3 oktyabr 1887-ci ildə Əməkdar artist Ələkbər Hüseyn oğlu Hüseynzadə (1887 - 14.11.1967) anadan olub. "Arşın mal alan" filmində Soltan bəy obrazı ilə tanınıb. Bu rolu teatrda 600 dəfə ifa edib. “Almaz”, “Kölgələr sürünür”, “Qara daşlar”, “Ögey ana” və s. filmlərdə çəkilib.

6. 3 oktyabr 1991-ci ildə Azərbaycanın Milli Qəhrəmanı Yuri Kovalyov şəhid olub.

7. 3 oktyabr 1992-ci ildə Azərbaycanın Milli Qəhrəmanı, mayor Əlyar Əliyev şəhidlik zirvəsinə ucalıb.

8. 3 oktyabr 2020-ci ildə Vətən Mühraibəsi Qəhrəmanı, mayor, Amid Heydərov şəhid olub.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin