Xırdalanda ər-arvadın ölümü ilə bağlı cinayət işi açıldı

Hazırda oxunan: Xırdalanda ər-arvadın ölümü ilə bağlı cinayət işi açıldı

158010

Oktyabrın 2-də saat 13 radələrində Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən mənzillərdən birində 2 şəxsin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bizim.Media xəbər verir ki,  bu barədə informasiyanı Abşeron rayon prokurorluğu yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Xırdalanda DƏHŞƏT: 61 yaşlı kişi arvadını öldürüb özünü GÜLLƏLƏDİ


Araşdırma zamanı 1962-ci il təvəllüdlü Xəlifə Sərkərovun birgə yaşadıqları mənzildə arvadı 1967-ci il təvəllüdlü Gülnarə Sərkərovaya ov tüfəngi ilə atəş açaraq onu qəsdən öldürməsi, daha sonra isə eyni silahla özünə atəş açaraq intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin