Xırdalanda DƏHŞƏT: 61 yaşlı kişi arvadını öldürüb özünü GÜLLƏLƏDİ

Hazırda oxunan: Xırdalanda DƏHŞƏT: 61 yaşlı kişi arvadını öldürüb özünü GÜLLƏLƏDİ

157988

Xırdalanda kişi arvadını qətlə yetirib, daha sönra özünü güllələyib. 

DİN-dən Bizim.Media-ya verilən xəbərə görə, oktyabrın 2-də saat 14 radələrində Abşeron rayonunun Xırdalan şəhəri ərazisindəki evlərin birində 1962-ci il təvəllüdlü Xəlifə Sərkərovun odlu silahdan atəş açaraq arvadı 1967-ci il təvəllüdlü Gülnarə Sərkərovanı öldürməsi və daha sonra həmin silahla intihar etməsi barədə polisə məlumat daxil olub. 

İlkin məlumata görə hadisə ailə münaqişəsi zəminində baş verib. Polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunub.

Araşdırma aparılır. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin