BMT missiyasının nümayəndələri Xankəndinə gəlib və tibb xidmətinin işi ilə tanış olurlar.
Bizim.Media xəbər verir ki, bununla bağlı foto sosial şəbəkədə yer alıb.
MÖVZU İLƏ BAĞLI:
BMT nümayəndələri “Laçın” sərhəd-keçid məntəqəsinə baxıblar
Xatırladaq ki, missiyanın üzvləri bu gün səhər saatlarında Ağdamdan keçərək, Əsgəran-Xankəndi istiqamətində hərəkət edib.
Missiyanın məqsədi yerdə vəziyyətlə tanış olmaq, sakinlərin humanitar ehtiyaclarını müəyyənləşdirməkdir. Missiyanın tərkibinə BMT-nin müxtəlif qurumlarının nümayəndələri daxildir.
Qeyd edək ki, BMT missiyası Qarabağda sonuncu dəfə təxminən 30 il əvvəl olub.
Bizim.Media