Qıfılı sındırıb “Milli ön”ü qarət etmək istədilər - Sumqayıt sakinləri saxlanıldı

Hazırda oxunan: Qıfılı sındırıb “Milli ön”ü qarət etmək istədilər - Sumqayıt sakinləri saxlanıldı

15783

Martın 24-də saat Sumqayıt şəhərinin 2-ci mikrorayon ərazisində “Milli ön” ödəmə terminallarının birindən qapının qıfılını sındırmaq yolu ilə oğurluğa cəhd göstərilib.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Abşeron rayon sakinləri H.Quluzadə və F.Məmmədov müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin