Ermənistanın kütləvi məzarlıqlarla bağlı verdiyi məlumatlar dəqiq olmur - Baş prokuror

Hazırda oxunan: Ermənistanın kütləvi məzarlıqlarla bağlı verdiyi məlumatlar dəqiq olmur - Baş prokuror

157827

“Ərazilərimiz azad edildikcə kütləvi məzarlıqların tapılması, qalıqların eyniləşdirilməsi, onların şəxsiyyətlərinin müəyyənləşdirilməsi prosesi daha da sürətlənib. Dəfələrlə bu məsələ Prezident İlham Əliyev tərəfindən də ən yüksək tribunalardan qaldırılsa da, təəssüf ki, Ermənistan tərəfi bizə nə mina xəritələri, nə də kütləvi məzarlıqlarla bağlı məlumat vermir və ya verdiyi məlumatlar dəqiq olmur”.

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Baş prokuror Kamran Əliyev deyib.

Baş prokuror bildirib ki, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin müəyyən edilməsi, onların dəfnlərinin təşkil edilməsi hazırda ən önəmli məsələlərdən biridir:

“Son zamanlar bu istiqamətdə proses sürətlənib. Ermənistan tərəfi bununla bağlı bizimlə əməkdaşlıq etməsə də, bu işləri zaman-zaman həyata keçirəcəyik".

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin