Prokurorluq orqanlarının yaranmasından 105 il ötür

Hazırda oxunan: Prokurorluq orqanlarının yaranmasından 105 il ötür

157783

Bu gün Azərbaycanda prokurorluq işçilərinin peşə bayramıdır.

Bizim.Media xəbər verir ki, prokurorluq orqanlarının yaranmasının 105-ci ili tamam olur.

Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq təsis edib.

Ümummilli lider Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamı ilə milli prokurorluq orqanlarının yarandığı gün - oktyabr ayının 1-i prokurorluq işçilərinin peşə bayramı günü kimi təsis edilməklə qeyd olunmağa başlanıb.

Ulu öndər prokurorluq işçilərinin peşə bayramını təsis etdikdən sonra prokurorluq işçilərinin hər il bu günün təntənəli şəkildə qeyd olunması ənənəsi yaranıb. Bu gün prokurorluq işçiləri, prokurorluğun veteranları, hüquq ictimaiyyəti üçün əlamətdar hadisə kimi ruh yüksəkliyi ilə qeyd edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin