Ölkə başçısı İlham Əliyev tərəfindən Zəngilan şəhərində təməli qoyulan 4-cü yaşayış kompleksində Konsepsiyaya əsasən, yaşayış binalarının 131 mənzildən ibarət olması planlaşdırılır.
Bizim.Media xəbər verir ki, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Aqil Qurbanov bildirib ki, Zəngilanda təməli qoyulan 4-cü yaşayış kompleksinin inşa olunacağı ərazi şəhərin ortasıxlıqlı çoxfunksiyalı zonasında, inzibati mərkəzin yaxınlığında yerləşir.
Bu yaşayış kompleksinin ərazisi iki hektardır. Şəhərin təsdiq edilmiş Baş planına uyğun olaraq, kompleksdə 3, 4 və 5 mərtəbəli çoxmənzilli binaların inşası nəzərdə tutulur.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:14 / 30.09.2023
Zəngilan şəhərindəki 4-cü yaşayış kompleksində 131 mənzil OLACAQ - FOTO
Hazırda oxunan: Zəngilan şəhərindəki 4-cü yaşayış kompleksində 131 mənzil OLACAQ - FOTO
Hazırda oxunan: Zəngilan şəhərindəki 4-cü yaşayış kompleksində 131 mənzil OLACAQ - FOTO
157743
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.