31 il əvvəl itkin düşən şəhid Şamaxıda dəfn OLUNDU – FOTO  

Hazırda oxunan: 31 il əvvəl itkin düşən şəhid Şamaxıda dəfn OLUNDU – FOTO  

157726

Birinci Qarabağ müharibəsi zamanı Şuşa rayonunun Daşaltı kəndi ərazisində itkin düşən və 31 ildən sonra meyitinin qalıqları Şuşa rayonunun Daşaltı kəndində tapılan Elmar İnqilab oğlu Məmmədov Şamaxıda dəfn olunub.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, əvvəlcə şəhidin cənazəsi vida mərasimi keçirilməsi üçün Şamaxı şəhərinə gətirilib.

Şəhidin cənazəsini Şamaxı şəhərinin girişində rayon icra hakimiyyətinin nümayəndələri, hüquq mühafizə orqanı əməkdaşları, eləcə də rayon iştimaiyyətinin nümayəndələri, şəhid ailələri qarşılayıblar. Daha sonra şəhidin nəşi cənazə namazı qılınması üçün Şamaxı rayon Cümə məscidinə gətirilib və vida mərasimi təşkil olunub.

Vida mərasimində rayon ictimaiyyətinin nümayəndələri, şəhidin ailəsi və yaxınları iştirak ediblər. Vida mərasimi başa çatdıqdan sonra Elmar Məmmədovun meyitinin qalıqları Şamaxı rayon Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Şəhidin tabutuna bükülmüş üç rəngli Azərbaycan bayrağı şəhidin böyük oğlu İlkin Məmmədova təqdim olunub.
Qeyd edək ki, Məmmədov Elmar İnqilab oğlu 1967-ci il may ayının 25-də Bakı şəhərində anadan olub. O,1992-ci il yanvar ayının 26-da Şuşa rayonunun Daşaltı kəndi ərazisində itkin düşüb. Şuşanın Daşaltı kəndi düşmən işğalından azad olunduqdan sonra kütləvi məzarlıq aşkarlanıb. Ekspertiza zamanı meyit qalıqlarının birinin Elmar Məmmədova aid olduğu təsdiqlənib.




























Bizim.Media, Aran bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin